AZ

Gürcüstan hökuməti: ABŞ ilə münasibətlər yenidən qurulmalıdır

Gürcüstan hökumətinin aparat rəhbəri Levan Jorjolianinin ABŞ Konqresinin Xarici İşlər Komitəsinin nümayəndələri ilə görüşündə Gürcüstan–ABŞ münasibətlərinin yenidən qurulmasının vacibliyi vurğulanıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə hökumət administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, strateji tərəfdaşlığın hər iki ölkənin ortaq maraqları nəzərə alınmaqla yenilənməsi və konkret gündəm əsasında davam etdirilməsi arzu edilir.

Görüşdə Gürcüstan–ABŞ münasibətlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Tərəflər Gürcüstanda gedən siyasi və iqtisadi proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı diqqət Gürcüstan hökumətinin ölkədə iqtisadi artımın təşviqi istiqamətində atdığı addımlara, gələcək inkişaf planlarına, eləcə də korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə yönəldilib.

Seçilən
19
far.az

1Mənbələr