“Real Madrid” “Yuventus”un futbolçusu Kenan Yıldızın xidmətindən maraqlıdır. Metbuat.az xəbər verir ki, “Liverpul”un da futbolçunu transfer etmək istədiyi bildirilir. “La Gazzetta dello Sport” nəşrində dərc edilən xəbərə görə, hər iki klub futbolçunu transfer etmək üçün səy göstərir. Xəbərdə deyilir ki, Kenan Yıldız Turin klubunda illik 1,5 – 1,7 milyon avro məvacib alır. “Yuventus” futbolçunu buraxmaq istəmir. Məlumata görə, klub, türkiyəli ulduza illik 6 milyon avro məvacibin nəzərdə tutulduğu 2031-ci ilə qədər müqavilə təklif edib. Qeyd edək ki, Kənan Yıldız bu mövsüm 29 oyunda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.