Bakı. Trend:
2026-cı ilin 28 yanvar tarixində Azərbaycan, Türkiyə vəQazaxıstanın Meksikadakı səfirliklərinin və Mexiko şəhərindəyerləşən Yunus Əmrə İnstitutu Türkiyə Mədəniyyət Mərkəzinin birgətəşkilatçılığı ilə həmin Mərkəzdə “Ümumdünya Türk Dili Ailəsi Günü”münasibətilə “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasirdövrə qədər” mövzusunda konfrans keçirilib.
Trend xəbərverir ki, konfransda çıxış edən Azərbaycan RespublikasınınMeksikadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyevmədəniyyətin ayrılmaz tərkib hissəsi olan və xalqlarımızıbirləşdirən ortaq dil amilinin əhəmiyyətini vurğulayıb. O,çıxışında UNESCO Baş Konfransının 2025-ci ildə ÖzbəkistanınSəmərqənd şəhərində baş tutmuş 43-cü sessiyası zamanı 15 dekabrtarixinin “Ümumdünya Türk Dili Ailəsi Günü” kimi elan edilməsiniəlamətdar hadisə kimi dəyərləndirib, bunun türk dilinin universalmədəni müxtəlifliyin ayrılmaz tərkib hissəsi kimi tanınmasıistiqamətində mühüm addım olduğunu bildirib. S.Fətəliyev türk diliailəsinin qorunması, inkişafı və beynəlxalq səviyyədə tanıdılmasınaxidmət edən bu təşəbbüsün ilk günlərdən etibarən Azərbaycantərəfindən dəstəkləndiyi barədə məlumat verib. Səfir qeyd edib ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “bizimailəmiz türk dünyasıdır” tezisi həm mənsubiyyətin, həm məsuliyyətinbəyanıdır, bu yanaşma ortaq tarixə, ortaq mədəni yaddaşa və ortaqdəyərlərə söykənən birlik anlayışını önə çəkir. Sonda S.Fətəliyevvurğulayıb ki, türk dili ailəsinin zənginliyinin dünyayatanıdılması üçün “elan olunmuş bir gün” kifayət deyil, bununardınca real və davamlı iş aparılmalı, dil diplomatiyasısistemləşdirilməlidir.
Konfransda çıxış edən Türkiyə səfiri Murat Səlim Esenli vəQazaxıstan səfiri Almurat Turqanbekov “Ümumdünya Türk Dili AiləsiGünü”nün təsis edilməsinin ölkələrimiz arasında əlaqələrin inkişafıüçün yeni imkanlar yaratdığını, tarix və mədəniyyəti ilə bir olantürk dünyasının zənginlik və müxtəlifliyinin parlaq gələcəyə yolaçdığını bildiriblər. Çıxışlarda həmçinin türk dilinin qorunması vətəşviqi baxımından Türk Dövlətləri Təşkilatı çərçivəsindəəməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Daha sonra Yunus Əmrə İnstitutunda türk dili və mədəniyyəti üzrəmühazirələr oxuyan professor Mehmet Necati Kutlu öz çıxışındatürklərin ilk yazılı mənbəyi kimi Orxon-Yenisey abidələri, onların1893-cü ildə Danimarka alimi Vilhelm Tomsen tərəfindən oxunması,türk əlifbalarının inkişafı, türkdilli xalqlar və onların yayıldığıcoğrafiya, türk dillərinin ortaq sözləri barədə məlumat verib.
Tədbir sual-cavab bölümü ilə davam etdirilib. Konfransda habeləMeksika Xarici İşlər Nazirliyinin, Parlamentinin, Meksikadakıdiplomatik korpusun və Meksika Milli Muxtar Universitetinin (UNAM)təmsilçiləri iştirak edib.