“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs özünə münasibətdə və ya təşkilatının adında “vəkil” sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, onların başqa dillərə tərcüməsindən istifadə olunması qadağandır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının bəyanatında deyilir.
Sənəddə İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə edilən dəyişikliyə istinad olunur.
Həmin düzəlişə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin gəlir əldə etmək məqsədilə “vəkil” sözündən istifadə etməsi inzibati məsuliyyətə səbəb olacaq.
Vəkillər Kollegiyasının üzvü olmayan şəxsin “vəkil” sözündən istifadəsi zamanı fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə edilir.
Telegram kanalımız