AZ

Qrenlandiya və Qəzzadan sonra növbə Zəngəzurdadır

“Qrenlandiya və Qəzzadan sonra növbə Zəngəzura çatacaq”.

Publika.az
xəbər verir ki, bu iddia ilə erməni politoloq Artur Xaçikyan çıxış edib.

Onun sözlərinə görə, Ermənistan Qrenlandiya və Qəzza məsələlərinin həlli üçün təkliflərə əməl etməlidir, çünki bu, Sünikdə (Zəngəzur) də baş verəcək: “1945-ci ildən sonra yaradılan dünya nizamının necə dağıldığını görürük. Tramp bütün dünyanı özünün Sülh Şurası vasitəsilə idarə edəcək. BMT var idi, lakin Tramp bəyan etdi ki, dünyanın sahibi artıq onlardır. Onlar Qəzzadan mülk kimi danışıqlar. Bu, bizim üçün vacib mesajdır, çünki Ermənistanda 74 faizi ABŞ-a məxsus olan Zəngəzur dəhlizi var”.

A.Xaçikyan hesab edir ki, Qrenlandiya məsələsində suverenlik güzəşti ediləcək və hərbi bazalar qurulacaq.

“Qrenlandiyada suverenlik güzəşt edilirsə, Qəzzadan mülk kimi bəhs olunursa, eyni şey Ermənistanda da olacaq. Sünikdə (Zəngəzur) bunu görəcəyik”, - o iddia edib.

Asif

Seçilən
88
50
publika.az

10Mənbələr