AZ

Cənubi Muğan kanalına su verilmiyəcək - SƏBƏB?

Yazını böyüt
Yazını kiçilt

Yanvarın 29-dan etibarən Cənubi Muğan kanalına suyun verilişi müvəqqəti dayandırılır.

Hafta.az xəbər verir ki, buna səbəb Bəhramtəpə hidroqovşağında aparılacaq təmir işləridir.

Kanala suyun 10 gün sonra veriləcəyi gözlənilir.

Qeyd edək ki, Cənubi Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometrdir. Onun suyundan Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.

Seçilən
24
3
hafta.az

4Mənbələr