AZ

"WindEurope" Azərbaycanın külək enerjisi potensialının genişləndirilməsinə dəstək verəcək (ÖZƏL)

Bakı. Trend:

Azərbaycan həm quruda, həm də dənizdə külək enerjisinin inkişafıüçün böyük potensiala malikdir və zəngin külək resursları, eləcə dəküləyin sabit sürəti sayəsində təcrübəli külək parkı developerləriüçün cəlbedici ölkədir. Öz “yaşıl” energetikasını inkişafetdirməklə Azərbaycan qonşu ölkələrə də karbon emissiyalarınıazaltmaqda kömək göstərə bilər, məsələn, onların müəssisələrininənənəvi yanacaq əvəzinə elektrik enerjisindən istifadəyə keçidihesabına.

Bu barədə Trend-ə Avropa külək enerjisi sənayesi assosiasiyası"WindEurope"un sənaye məsələləri üzrə direktoru Fil Koulbildirib.

“Bundan əlavə, Azərbaycan əlverişli mövqedədir, çünki o, əvvəlkiillərdə daha yetkin külək enerjisi bazarlarında yol verilmişsəhvləri nəzərə alaraq onlardan yayınmaq imkanına malikdir. Bu daölkəyə öz böyük külək resurslarını daha sürətli və səmərəli şəkildəinkişaf etdirməyə şərait yaradır. Azərbaycan eyni zamanda qonşuölkələrdə külək enerjisinə marağı stimullaşdıra və regionda butexnologiyaların inkişafında liderə çevrilə bilər. "WindEurope"unXəzər regionunda külək enerjisinin inkişafına dəstək üzrə stratejiprioritetləri zəngin külək və digər bərpa olunan enerji mənbələripotensialından istifadə etməyə, eləcə də iqtisadi, texnoloji vəekoloji üstünlüklərin təşviqinə yönəlib”, – deyə o bildirib.

Koul qeyd edib ki, Azərbaycanın hökuməti və sənayesi qarşısındaquruda və dənizdə külək enerjisinin inkişafı üçün bir sıravəzifələr dayanır. Əsas tapşırıqlardan biri layihələrin təkcədəyərini deyil, həm də keyfiyyətini nəzərə alan səmərəli hərracsisteminin yaradılmasıdır. Həmçinin dənizdə obyektlərinyerləşdirilməsi planının, elektrik şəbəkələrinin inkişafstrategiyasının hazırlanması və külək elektrik stansiyalarınıntikintisi üçün icazə prosedurlarının sadələşdirilməsizəruridir.

Külək elektrik stansiyalarında istehsal olunan enerjinin Avropaalıcılarına tədarükünə toxunan Koul bunun Xəzər–Avropa “yaşıl”enerji dəhlizi, Qara dənizin dibi ilə çəkiləcək sualtı kabelvasitəsilə mümkün ola biləcəyini qeyd edib.

“2024-cü ilin martında "WindEurope" ilə Azərbaycan Bərpa OlunanEnerji Mənbələri Agentliyi arasında anlaşma memorandumununimzalanmasından sonra biz Azərbaycanın külək enerjisi potensialınıngenişləndirilməsinə ən yaxşı təcrübələrin mübadiləsi və mümkünrisklərin təhlili, quruda və dənizdə külək enerjisinin inkişafıüzrə məsləhətlər, həmçinin Avropa elektrik enerjisi alqı-satqısımüqavilələri bazarının təcrübəsinin ötürülməsi yolu ilə dəstəkverəcəyik. Məhz bu bazar gələcəkdə sistemlərarası enerji dəhlizininəsasını təşkil edəcək. Beləliklə, bizim dəstəyimiz əsasəntənzimləyici və məsləhət xarakteri daşıyacaq”, – deyə Koul əlavəedib.

Onun sözlərinə görə, "WindEurope" bu layihənin irəlilədilməsiməqsədilə Azərbaycan və Aİ-də siyasətçilər, tənzimləyici qurumlarvə potensial elektrik enerjisi alıcıları arasında əlaqələrinqurulmasına dəstəyi davam etdirəcək.

Seçilən
85
az.trend.az

1Mənbələr