AZ

Gəncədə 2025-ci ilin sosial-iqtisadi inkişafına dair hesabat yığıncağı keçirilib

Gəncədə

Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Ulusum.az-a verilən məlumata görə, İcra Hakimiyyətinin inzibati binasında 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı təşkil olunub.Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, daha sonra şəhərin sənaye potensialını əks etdirən sərgiyə baxış keçirilib.Toplantı şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.İcra başçısı Niyazi Bayramov çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində 2025-ci il ölkə və Gəncə üçün uğurlu olub, şəhərdə sosial-iqtisadi inkişaf təmin edilib.Qeyd olunub ki, 2025-ci ildə Gəncə MDB-nin idman paytaxtı seçilib və şəhər III MDB Oyunlarına ev sahibliyi edib. Yarışlarda 2400-dən çox idmançı iştirak edib.Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev hesabat məruzəsində bildirib ki, il ərzində qeyri-neft sektoru inkişaf edib, yeni istehsal sahələri yaradılıb və məşğulluq artıb.Toplantıda təhsil, turizm, qaz, elektrik, su təchizatı və sənaye sahələrinin rəhbərləri də çıxış ediblər.Sonda Prezident Administrasiyasının nümayəndəsi Vəfadar Bağırov 2025-ci ildə əldə edilən nailiyyətləri yüksək qiymətləndirib, 2026-cı il üçün vəzifələr müəyyənləşdirilib.İlin yekunlarına görə fərqlənən şəxslər “Təşəkkürnamə” [/b]ilə təltif olunublar.Gəncədə[b]Ulusum.azR.Daşdəmirova

Diqqət Çəkənlər

Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib

Dədə Ədalətin doğum günüdür

Bakı və ətrafında dəmir yolu şəbəkəsi genişlənir VİDEO

Seçilən
17
ulusum.az

1Mənbələr