AZ

"Qarabağ" tarixində ilk dəfə pley-offa yüksəldi

Azərbaycan çempionu Qarabağ FK UEFA Çempionlar Liqasının qrup mərhələsində İngiltərənin nəhəng klublarından olan “Liverpul”a uduzmasına baxmayaraq, turnirdə topladığı 10 xalla 22-ci pillədə qərarlaşıb və play-off mərhələsinə yüksəlib.

Xəbər verilir ki, Ağdam klubu qrup mərhələsi boyunca nümayiş etdirdiyi ardıcıl və əzmkar oyunla diqqət mərkəzində olub. Komanda çətin rəqiblərlə qarşılaşmalarda vacib xallar qazanaraq turnirdə mübarizəni davam etdirməyi bacarıb.

Bununla da "Qarabağ FK" Avropanın ən mötəbər klub turnirində yoluna davam edərək Azərbaycan futbolunun beynəlxalq səviyyədə qazandığı uğurlara növbəti töhfəsini verib


Seçilən
25
azia.az

1Mənbələr