AZ

Səhvən hesabına 165 milyon köçürüldü, məhkəmə pulun onda qalmasına qərar verdi

Çilili kişinin hesabına səhvən normal maaşından 330 dəfə artıq miqdarda pul köçürülüb. O, həmin pulu geri qaytarmaqdan imtina edib.

Publika.az xəbər verir ki, Santyaqodakı Consorcio Industrial de Alimentos (CIAL) şirkəti distribyutor köməkçisi hesabına 500 min Çili pesosu əvəzinə səhvən 165 milyon peso köçürüb. Hadisə mühasibat uçotu xətası səbəbindən baş verib. Maraqlısı odur ki, pul məhkəmə qərarı ilə həmin işçidə qalıb.

"Daily Mirror" bildirir ki, şirkət onu oğurluqda ittiham edib və məhkəməyə verib. Üç illik mübarizədən sonra məhkəmə işçinin xeyrinə qərar verib. İşçinin səhv məbləğin köçürülməsində heç bir rolu olmadığı üçün iş oğurluq deyil, "icazəsiz mənimsəmə" - Çili qanunvericiliyinə görə cəzalandırılmayan cinayət kimi təsnif edilib.

Şirkət təslim olmur və vəsaiti geri almaq üçün yeni iddia qaldırmaq niyyətindədir, lakin hələlik keçmiş işçi həyatını kökündən dəyişdirən "uduşu" sərbəst şəkildə xərcləyir.

Seçilən
15
2
publika.az

4Mənbələr