BAKI, 29 yanvar. TELEQRAF
“1/8 finala vəsiqə qazandığımız üçün xoşbəxtik”.
Teleqraf xəbər verir ki, bunu İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının VIII turunda “Qarabağ”ı 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
“Ardıcıl ikinci ildir ki, Çempionlar Liqasında ən yaxşı 16 komanda arasındayıq. Bir neçə zədəli oyunçumuzun olmasına baxmayaraq, bu mərhələyə birbaşa yüksəlməyimiz vacib idi. Rəqibə hörmətlə yanaşaraq bildirməliyəm ki, mən Premyer Liqadakı növbəti oyunumuzda “Nyukasl”ın “Qarabağ”dan daha güclü rəqib olacağını gözləyirəm”.