525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Fransanın Kurşevel kurort şəhərində yanğın 5 ulduzlu "Grandes Alpes" otelini yararsız vəziyyətə salıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın otelin çardağında başlayıb və digər hissələrə keçib.
Srağagün axşam saatlarında başlayan yanğının söndürülməsi üçün əraziyə 131 yanğınsöndürən cəlb olunub. 4 yanğınsöndürən tüstüdən yüngül zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Oteldə məskunlaşmış 200-ə yaxın turist və personal vaxtında təxliyyə edildiyindən insan itkisi olmayıb. Qonaqlar digər otellərə yerləşdirilib.
Qeyd edək ki, 1850-ci ildə inşa olunmuş bu otel turistlər arasında çox populyardır və bir vaxtlar Uels şahzadəsi Uilyam ailəsi ilə burada məskunlaşıb.
L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.