525.az saytından alınan məlumata görə, ain.az bildirir.
Böyük Britaniyanın Penart şəhərində 8 yaşlı Ariana Çerç adlı qız 2 ədəd qəribə daş tapıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, əhvalat ötən ilin yayında baş verib.
Ailəsi ilə çimərlikdə gəzən Ariananın diqqətini qəribə daşlar cəlb edib. Hər iki daşı evə götürən qız anasının məsləhəti ilə onları ailə dostları olan geoloqa göstəriblər.
Bir neçə gün əvvəl aparılan laborator analizlərdən sonra məlum olub ki, daşlardan biri vulkanik mənşəlidir. Digər daşın isə Yer mənşəli olmadığı bilinib. Alimlər müəyyən ediblər ki, daşın 4,5 milyard yaşı var.
Güman ki, bu daş hansısa məhv olmuş planetin bir hissəsidir və parçalandıqdan sonra bir müddət kosmosda qaldıqdan sonra Yerə düşüb.
Qeyd edək ki, tapıntı nə qədər qiymətli olsa da, sahibinə qaytarılıb.
L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.