AZ

“Cavabımız misli görünməmiş olacaq” - Əli Şamxani

İranın Ali Liderinin siyasi müşaviri Əli Şamxani rəsmi Vaşinqtonun Tehran hakimiyyətinə qarşı hərbi hədələrinə kəskin cavab verib.

Bu barədə o, “X” hesabında paylaşım edib.

Ə. Şamxani ABŞ-nin İrana qarşı hər hansı hərbi müdaxiləsinin İslam Respublikası tərəfindən müharibənin başlanğıcı kimi qəbul ediləcəyini bəyan edib:

“Belə bir addım atılacağı təqdirdə İranın cavabı dərhal, hərtərəfli və misli görünməmiş olacaq. İranın hədəfində təkcə təcavüzkar tərəf deyil, həm də “Təl-Əvivin ürəyi” və bu hücumu dəstəkləyən bütün tərəflər olacaq”.

Xatırladaq ki, yanvarın 27-də ABŞ Prezidenti Donald Tramp böyük hərbi dəniz qüvvələrinin İrana doğru hərəkət etdiyini açıqlayıb. CNN-in məlumatlarına görə isə İranda davam edən daxili kütləvi etirazlar Vaşinqtonun hərbi variantları yenidən masa üzərinə qoymasına səbəb olub.

"Cebheinfo.az" 

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr