Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyevdən danışıb.
"Unikal" xəbər verir ki, Əməkdar artist "Uzun sözün qısası" podkastına müsahibəsində avtoqəzada dünyasını dəyişən əri, Oqtay Əliyevin xatirəsi üçün daha çox çalışdığını bildirib:
"Oqtay mənim danışığımı, gülüşümü, zarafatlarımı, geyimimi, bəzənməyimi sevirdi. İnsanın bütün bu yaşananları anlaması üçün müəyyən bir vaxt, zaman keçməlidir. Bundan başqa artıq mənim əlimdən bir şey gəlmir, amma mən bundan sonra Oqtayın hər zaman görmək istədiyi Dilarə olacağam. O, məni necə tanıyıb, elə də yoluma davam edəcəyəm. Bununla da Oqtayın ruhunu daha çox şad edəcəyəm. Oqtay bugünkü Dilarə ilə daha çox fəxr edərdi. Çünki mən bunun üçün indi daha çox işlər görürəm. Bu an əlimdən gələn nədirsə, onu edirəm", - deyə Dilarə Əliyeva bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.