Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin təkcə Sabirabad rayonunda yerləşən mülklərinin ümumi dəyərinin azı 10 milyon manat olduğu bildirilir.
Paytaxt.org xəbər verir ki, Bizimesr.az-ın əldə etdiyi məlumata görə, Zakir Quliyevin Bakıda yerləşən çoxsaylı mülklərinin dəyərini isə hesabalamaq mümkün deyil.
Məlumata görə, Zakir Quliyev hələ Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin rəhbərliyi dövründə sistemdə müavin vəzifəsində çalışarkən əsas korrupsiya mexanizmlərinin icraçılarından biri olub.
Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yaradıldıqdan sonra Zakir Quliyev vəzifəsindən uzaqlaşdırılıb. Lakin bu uzaqlaşdırma uzun çəkməyib. Məlumata görə, ADSEA-nın aparat rəhbəri, ABU-nun saxta diplomlu “məzunu” kimi təqdim olunan Fuad Quliyev, şəxsi maraqlarının təmin olunması şərti ilə Zakir Quliyevi yenidən Regional Su və Meliorasiya Xidmətinə rəis təyin etdirib.
Məhz bu təyinatdan sonra sistem daxilində başqa bir diqqətçəkən proses başlayıb. Belə ki, Fuad Quliyevin adı ilə əlaqələndirilən “PDL” MMC" Regional Su və Meliorasiya Xidmətinin keçirdiyi tenderlərin böyük əksəriyyətinin qalibi olub. Qeyd olunur ki, sözügedən şirkət vasitəsilə ildə azı 50 milyon manatlıq dövlət tenderi “udulur”. Tenderlərin necə və hansı şərtlərlə keçirildiyi isə ciddi suallar doğurur.
Mövzunu diqqətdə saxlayacağıq.
Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovdur...
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta