AZ

Qızılın qiyməti 5300 dolları da keçdi

ABŞ Mərkəzi Bankı (FED) 2026-cı ilin ilk iclasında bazar gözləntilərinə paralel olaraq siyasət faizini dəyişməz saxlamaq barədə qərar verib.

Marja xəbər verir ki, 27–28 yanvar tarixlərində keçirilən iclaslardan sonra FED uçot (siyasət) faizini 3,50–3,75 faiz aralığında sabit saxlayıb. İqtisadçıların proqnozu da FED-in faizi dəyişməyəcəyi istiqamətində idi.

FED sonuncu dəfə 10 dekabrda faizini 25 baza bəndi (0,25 faiz bəndi) endirmişdi. Hazırda FED-in siyasət faizi 2022-ci ilin sonundan bəri ən aşağı səviyyədədir.

FED-in faiz qərarından sonra qızılın bahalaşması sürətlənib. Bakı vaxtı ilə saat 23:20-də qızıl 2,3% bahalaşma ilə 5325,97 dollara ticarət olunub. 

Seçilən
52
marja.az

1Mənbələr