AZ

Rusiya və Ukrayna arasında ikitərəfli formatda görüş keçiriləcək

Rusiya və Ukrayna fevralın 1-də Əbu-Dabidə Ukrayna nizamlanması üzrə danışıqları ikitərəfli formatda davam etdirəcək.

Aznews.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

Marko Rubio bildirib ki, bu həftə planlaşdırılan növbəti görüş artıq ikitərəfli formatda keçiriləcək və bu mərhələdə Stiven Uitkoff və Cared Kuşner iştirak etməyəcək.

Bununla belə, zərurət yaranacağı təqdirdə ABŞ nümayəndələrinin danışıqlara qoşula biləcəyi istisna edilmir.

Seçilən
65
6
aznews.az

5Mənbələr