Bakı Slavyan Universitetində (BSU) fevralın 1-dən etibarən müəllimlərin əmək haqlarının hesablanmasında yeni sistemə keçid edilir.
Yeni sistemin ən diqqətçəkən tərəfi maaş artımının dərəcəsidir. Belə ki, reytinq siyahısında ilk 20 yeri tutan müəllimlərin maaşları iki dəfə artırılacaq. Siyahıda 21-60-cı yerlərdə qərarlaşan əməkdaşlar üçün 40 faiz, 61-100-cü yerlərdəkilər üçün isə 20 faiz artım nəzərdə tutulur. Bu prosesdə iştirak könüllü olsa da, tələbələrin müəllimləri qiymətləndirməsi də yekun nəticəyə təsir edən daimi amillərdən biri olacaq. Universitet rəhbərliyi bildirib ki, bu addım həm təhsilin keyfiyyətini yüksəltmək, həm də müəllimlər arasında sağlam rəqabət yaratmaq məqsədi daşıyır.