AZ

Qara dənizdə mina tapıldı

Rumıniyada Qara dəniz sahilində dəniz minası tapılıb.

News365.az xəbər verir ki, hadisə Kapu-Midia hərbi poliqonunun yaxınlığında yerləşən çimərlik ərazisində qeydə alınıb.

Məlumata görə, mina yanvarın 28-də sahildə hərbçilər tərəfindən aşkarlanıb. Dərhal hadisə yerinə xüsusi təyinatlı mühəndis-istehkam bölmələri və təhlükəsizlik qüvvələri cəlb olunub. Ərazi mühasirəyə alınaraq mülki şəxslərin girişinə məhdudiyyət qoyulub.

Seçilən
46
2
news365.az

3Mənbələr