ABŞ Dövlət Katibi Marko Rubio “New York Magazine” jurnalına verdiyi açıqlamada ABŞ Prezidenti Donald Trampdan gizlənərək “Air Force One” təyyarəsində yatdığını bildirib.
Rubio beynəlxalq uçuşlar zamanı tez-tez istirahət etməli olduğunu bildirib. Lakin Tramp heç vaxt təyyarələrdə yatmadığıdan dövlət katibi bunu gizlicə edir. “İki divanlı bir ofis var və mən adətən onlardan birində yatıram. Yatarkən yorğana bürünürəm, başımı örtürəm və mumiya kimi görünürəm”, – deyə Rubio bildirib.
O, Trampın bir anda ofisindən çıxıb kabinədə gəzməyə başlayacağını bildiyini də deyib. “İstəyirəm ki, məni yuxuya gedən işçilərdən biri olduğunu düşünsün. Yoxsa dövlət katibinin divanda yatdığını görüb “Oh, bu adam axmaqdır” deyə düşünməsini istəmirəm”, – deyə Rubio etiraf edib.
//Samir Qurbanov, Editor.az