AZ

İKT şirkətlərinin nümayəndələri ilə dövlət-özəl sektorunun əməkdaşlığı müzakirə olunub  

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkəmizdə İKT sahəsinin inkişafı, prioritet istiqamətlər və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib.

Eyni zamanda, şirkətlərin fəaliyyətində qarşılaşdıqları əsas çətinliklər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.

Seçilən
19
6
azerbaijan-news.az

7Mənbələr