AZ

ABŞ-ın neft ehtiyatları azalıb




ABŞ-ın kommersiya neft ehtiyatları həftə ərzində 2,3 milyon barel azalaraq 423,8 milyon barelə çatıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Nazirlik, ehtiyatların hazırkı səviyyəsinin ilin bu dövrü üçün beş illik orta səviyyədən 3% aşağı olduğunu açıqlayıb.

Qeyd edək ki, Londonun ICE birjasında 2025-ci ilin aprel ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 0,71% artaraq bir barel üçün 68,05 dollara, mart ayı üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti isə 0,91% artaraq bir barel üçün 62,96 dollara çatıb.

Anar
Seçilən
17
newscenter.az

1Mənbələr