Olaylar.az xəbər verir ki, şirkət eyni zamanda ümumi əməliyyat fəaliyyətini optimallaşdırmaq məqsədilə 25 milyon iş saatını azaltmağı hədəfləyir.
UPS-in Baş Maliyyə Direktoru Brayan Dayks ötən ilin son rübü üzrə maliyyə hesabatının açıqlanmasından sonra keçirilən investor konfransında bildirib ki, ixtisarlar işçilərin birbaşa işdən çıxarılması və tam ştatlı sürücülər üçün nəzərdə tutulan könüllü ayrılıq proqramı vasitəsilə həyata keçiriləcək.
Maliyyə hesabatında qeyd olunub ki, 2026-cı ilin birinci yarısında 24 binanın bağlanması artıq planlaşdırılıb. İlin ikinci yarısında isə əlavə obyektlərin fəaliyyətinin dayandırılması da nəzərdən keçirilir.
Qeyd edək ki, UPS ötən il ümumilikdə 48 min nəfəri işdən çıxarıb. Onlardan təxminən 34 mini əməliyyat sahəsində çalışan işçilər olub. Şirkət 2025-ci ilin üçüncü rübündə bu ixtisarların bir hissəsinin bərpa ediləcəyini bildirmişdi.