İngiltərə Premyer Liqası təmsilçisi "Çelsi"nin futbolçusu Rahim Sterlinq qış "transfer pəncərəsi" bağlanmamış klubdan ayrıla bilər.
"Far.Az" xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin xidmətində digər ingilis klubları - "Kristal Pelas" və "Fulhem" maraqlıdırlar.
Hər iki komanda Sterlinqi icarə əsasında heyətinə qatmağı planlaşdırır. Futbolçu hazırda "zadəganlar"dan ayrı məşqlər edir və səkkiz aydan çoxdur rəsmi oyunlarda meydana çıxmır.
Qeyd edək ki, Sterlinqin "Çelsi" ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.