ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünya futbolunda transfer məbləği rekord həddə çatdı
FİFA 2025-ci il üzrə qlobal transfer hesabatını açıqlayıb.
QOL.az xəbər verir ki, müvafiq hesabata əsasən, yeni rekordlar qeydə alınıb. Belə ki, ötən il kişi futbolunda klublar tərəfindən ümumilikdə 24 558 beynəlxalq transfer həyata keçirilib. Bu, 2024-cü illə müqayisədə 7 faiz çoxdur və tarixin ən yüksək göstəricisidir. Transferlərə xərclənən ümumi məbləğ isə 13,08 milyard dollara çatıb.
Hesabatda peşəkar (kişi və qadın) və həvəskar səviyyələr də daxil olmaqla, ümumilikdə 86 158 beynəlxalq keçidin reallaşdığı vurğulanıb.
Qeyd edək ki, ilin ən bahalı və səs-küylü transferlərindən biri almaniyalı ulduz Florian Virtsin "Bayer"dən İngiltərə çempionu "Liverpul"a keçidi olub. Mersisayd təmsilçisi 22 yaşlı yarımmüdafiəçi üçün 100 milyon funt sterlinq (təxminən 137,7 milyon dollar) zəmanətli ödəniş edib, müqavilədə əlavə 16 milyon funtluq bonuslar da nəzərdə tutulub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.