AZ

“Qarabağ”ın YENİ TRANSFERİ – Görün neçə MİLYON ödəniləcək

“Qarabağ”ın Xorvatiyada “İstra”nın formasını geyinən Salim Faqo Lavalı heyətinə qatmaq istədiyi iddia olunur.

Yerli “Sportske Novosti” nəşri bu xəbərlə gündəmi “zəbt edib”.

Keçidin tezliklə tamamlanacağı gözlənilir.

Bildirilir ki, 23 yaşlı nigeriyalı hücumçunun transferi yaxın günlərdə başa çata bilər. Bu, Puladan olan klubun tarixində ən bahalı transfer olacaq.

Müqavilənin maliyyə dəyərinin 2 milyon avronu ötəcəyi qeyd edilir.

Lakin “Qarabağ”dan bu məlumatı təsdiq etməyiblər. Klubdan bildirilib ki, xorvat mediasının iddiası həqiqəti əks etdirmir.

Afrikalı təklif göndərilən forvardların siyahısında yer almır. Yəni ki, yayılan informasiya bəzi menecerlərin uydurmasından başqa bir şey deyil.

Laval bu mövsüm Xorvatiya komandasında 19 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib.

O, iki il yarım əvvəl Nigeriyadan “İstra”ya qoşulub və ötən ilin sonunda milli komandada debüt edib, Afrika Millətlər Kubokunda millinin heyətinə daxil edilib. (sportinfo.az)

Seçilən
0
1
millitv.net

2Mənbələr