AZ

Göyçayda zəncirvari qəza olub, bir nəfər xəsarət alıb - FOTO/VİDEO

Göyçayda 3 maşının iştirakı ilə yol qəzası olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Göyçay-Bərgüşad yolunda qeydə alınıb.
 

Belə ki, qəza zamanı iki eyni model VAZ-2107 markalı avtomaşınlar və “Ateko” markalı yük maşını toqquşub. Nəticədə VAZ-2107-də olan bir nəfər qadın sərnişin 58 yaşlı Esmira Cəbrayılova müxtəlif dərəcəli bədən xəsarəti alıb.


Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Mərkəzi xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.




Bizim.Media, Aran bürosu

Seçilən
32
2
bizim.media

10Mənbələr