AZ

Tanınmış vəkil cəzalandırıldı? – Vəkillər kollegiyasının cavabı

Barəsində intizam tədbiri görüldüyü ilə bağlı məlumat yayılan Ağayeva Nüşabə Fərman qızı ilə əlaqə saxladıq.

Zəngimizcə cavab verən “Verdiktum” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nüşabə Ağayevə NOCOMMENT.az-a açıqlamasında məsələyə münasibət bildirməyib.

Media ilə danışmadığını, bu barədə heç bir açıqlama verməyəcəyini deyən vəkil danışığı yarımçıq kəsib, sonlandırıb.

Vəkillər Kollegiyasından da sorğumuza cavab olaraq, bu barədə heç bir açıqlama verilməyəcəyi bildirilib.

***22:35

“Verdiktum” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Ağayeva Nüşabə Fərman qızı barəsində intizam tədbiri görülüb.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərar verib.

Qərara əsasən, peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin və Vəkillər Kollegiyası Nizamnaməsinin tələblərini pozduğuna görə, vəkil Nüşabə Ağayeva Vəkillər Kollegiyasına ödənilən üzvlük haqqının 10 misli həcmindən çox cərimə edilib.

Xatırladaq ki, Vəkillər Kollegiyasına aylıq üzvlük haqqı 60 manatdır. Beləliklə, N.Ağayeva 720 manat cərimə olunub.

Onu da qeyd edək ki, Nüşabə Ağayeva uzun illər məhkəmə hakimi işləyib. Daha sonra isə vəkillik fəaliyyətinə başlayıb.

(unikal)

Seçilən
5
5
nocomment.az

10Mənbələr