AZ

Rusiya-Suriya əlaqələri daha da inkişaf etdiriləcək

Moskva və Dəməşq iqtisadi sahədə qarşılıqlı əlaqə səviyyəsini nəzərəçarpan dərəcədə irəli apara bilib və bu tendensiyanı qorumaq lazımdır.

"Far.Az" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə suriyalı həmkarı Əhməd Əl Şaraa ilə görüşündə bildirib.

Əl Şara vurğulayıb ki, Dəməşq və Moskvanın müzakirə edə biləcəyi çox sayda məsələ var.

"Ümid edirəm ki, görüş zamanı bütün məsələləri təfərrüatları ilə müzakirə edəcəyik, görüşümüz səmərəli olacaq", - deyə Suriya lideri qeyd edib.

Xatırladaq ki, 2025-ci il oktyabrın 15-i Əhməd Əl Şaraa Rusiyaya ilk işgüzar səfərini həyata keçirib və bu səfər çərçivəsində onun Putinlə 2,5 saat davam edən ilk görüşü baş tutub. Danışıqlar zamanı Suriya lideri Dəməşqin Moskva ilə münasibətləri yenidən başlatmaq istəyini ifadə edib.

Seçilən
17
6
far.az

10Mənbələr