Azərbaycanda ilk dəfə eyni əməliyyat prosesində ikiqat transplantasiya
Azərbaycanda ilk dəfə eyni əməliyyat prosesində xəstəyə ürək-damar və böyrək transplantasiyası edilib.
Əməliyyatı icra edən həkimlər
Əməliyyatı Mərkəzi Klinikanın həkimləri – kardioloq, tibb üzrə fəlsəfə doktoru, professor Kamran Musayevlə transplantoloq Tariyel Nadirov icra ediblər.
Xəstənin ilkin müraciəti və aşkar olunan problemlər
Yaxın günlərdə Mərkəzi Klinik Xəstəxanada üzərində mürəkkəb əməliyyat aparılan şəxsin 65 yaşı var: “Xəstə bizə böyrək köçürülməsi üçün müraciət etdikdə müayinələr zamanı xəstənin ürək damarlarında ciddi şəkildə daralma və aortasında isə anevizma, yəni genişlənmə müşahidə edildi.
İlkin mərhələdə ürək-damar cərrahiyyəsi
Bunları nəzərə alaraq, əvvəlcə xəstənin ürək-damar cərrahiyyəsi müzakirə olundu. Doktor Kamran Musayev tərəfindən xəstəyə aorta koronar şuntlama (sinə və qoldan alınan arteriyaların və ya ayaqlardan alınan damarların ürəyin tıxanmış koronar arteriyasına körpü kimi bağlanaraq ürəyi qanla təkrar bərpa etmə prosesidir – red.) əməliyyatı icra olundu. Əməliyyat uğurla başa çatdı və əməliyyatdan sonra xəstə təkrarən nefroloqun və kardioloqun nəzarətinə alındı”.
Eyni əməliyyat prosesində iki müdaxilə