Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 28 yanvar, AZƏRTAC
SOCAR-ın “Elm Fondu” tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan alimlər üçün 2025-ci il üzrə elan edilmiş qrant müsabiqəsinin nəticələri açıqlanıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə neft, qaz, neft-kimya, alternativ və yaşıl enerji sahələri ilə bağlı sosial-humanitar istiqamətdə aktual məsələlərin elmi tədqiqinin, praktiki həlli yollarının müəyyənləşdirilməsinin və maarifləndirilmənin stimullaşdırılması məqsədilə təşkil olunub.
Müsabiqəyə təqdim olunan layihələr SOCAR-ın “Elm Fondu”nun İdarə Heyətinin 2025-ci il 30 iyun tarixli qərarı ilə yaradılmış Müsabiqə Komissiyası tərəfindən “Elm Fondu”nun Əsasnaməsinə uyğun olaraq qiymətləndirilib.
Ekspert rəyləri əsasında Müsabiqə Komissiyasının yekun qərarı SOCAR-ın “Elm Fondu”nun İdarə Heyətinin 14 noyabr 2025-ci il tarixli qərarı ilə təsdiqlənib. Qərara əsasən, aşağıdakı elmi tədqiqat layihələri müsabiqənin qalibi elan olunub:
“Palçıq vulkanlarının Azərbaycan ekologiyasına təsiri: təsirin qiymətləndirilməsi və risklərin minimuma endirilməsi yolları”
(AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi);
“Xəzərin gücü: neft-qaz erasından yaşıl enerjiyə” adlı elmi-populyar nəşrin hazırlanması (AMEA-nın “Elm” Nəşriyyatı).
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.