AZ

Dollar zəifləyir Bəs manatı nələr gözləyir? VACİB PROQNOZ

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qlobal maliyyə bazarlarında ABŞ dollarının əsas valyutalara qarşı zəifləməsi son günlər iqtisadçıların və investorların diqqət mərkəzindədir. Dollar indeksində müşahidə olunan eniş dünya üzrə bir çox milli valyutanın mövqeyinə təsir göstərdiyi kimi, Azərbaycan manatının məzənnəsi ilə bağlı da suallar doğurur. Xüsusilə enerji qiymətləri, xarici ticarət balansı və Mərkəzi Bankın valyuta siyasəti fonunda dolların ucuzlaşmasının manata mümkün təsirləri maraqla izlənilir. Bəs dollar indeksinin zəifləməsi Azərbaycan manatının məzənnəsinə birbaşa təsir göstərə bilərmi, yoxsa ölkənin valyuta bazarı daha çox daxili iqtisadi amillərlə tənzimlənir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dollar indeksinin zəifləməsi birbaşa olaraq Azərbaycan manatının məzənnəsinə təsir göstərə bilər, amma bu təsir bir neçə amildən asılıdır.

“Dollar indeksi ABŞ dollarının əsas valyutalara qarşı dəyərini ölçür. Əgər dollar zəifləyirsə, xarici valyutalar dollar qarşısında möhkəmlənir. Azərbaycan manatı dollarla məzənnələndiyi üçün, dolların zəifləməsi manatın dollara qarşı möhkəmlənməsinə təzyiq göstərə bilər. Lakin manatın məzənnəsi həm də ölkənin neft gəlirləri, xarici valyuta ehtiyatları və Mərkəzi Bankın siyasətindən asılıdır”

A.Nəsirli qeyd edir ki, bu səbəbdən dollar indeksindəki dəyişiklik manatın məzənnəsinə birbaşa və dərhal əks olunmaya bilər, amma uzun müddətli və ya böyük dalğalanmalar təsir göstərir.

“Sadə desək, dollar zəifləyirsə, manatın dollara qarşı dəyəri artmaq ehtimalı var, amma bu həmişə birbaşa və avtomatik baş vermir”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
3
konkret.az

4Mənbələr