ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) əlavə və ikinci ali təhsil proqramları üzrə təhsil alan tələbələrlə görüş təşkil olunub.
"Unikal" xəbər verir ki, görüşün məqsədi Akademiyanın tədris imkanları, əlavə və ikinci ali təhsil formatında tədrisin təşkili və mövcud təhsil mühiti barədə iştirakçıları məlumatlandırmaq olub. Tədbir zamanı Akademiyanın missiyası, institusional inkişaf istiqamətləri, tədrisdə keyfiyyətin təminatı və əlavə təhsilin əmək bazarı ilə əlaqəsi barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, Akademiyanın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin fəaliyyəti xüsusi diqqətə çatdırılıb. Qeyd olunub ki, Mərkəz əmək bazarının tələblərinə uyğun olaraq yerli və beynəlxalq səviyyəli qısamüddətli kurslar, ixtisasartırma və sertifikat proqramları təşkil edir. Bu beynəlxalq kurslar müasir standartlara əsaslanır və iştirakçılara beynəlxalq təcrübəyə uyğun bilik və bacarıqlar qazandırır.
Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

.jpg)



Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.