Moskvada Rusiya prezidenti Vladimir Putinlə Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa arasında görüş başlayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya-Suriya danışıqları Kremldə keçirilir.
Danışıqlarda Rusiya tərəfindən nümayəndə heyətinə müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov, Baş nazirin müavini Aleksandr Novak, müdafiə nazirinin müavini Yunus Bek Yevkurov, prezidentin köməkçisi Maksim Oreşkin və Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi İqor Kostyukov daxildir.
***
14:16
Suriya Prezidenti Əhməd əl-Şaraa Moskvaya gedib.
APA-nın Moskva bürosu xəbər verir ki, Suriya liderinin təyyarəsi "Vnukovo" hava limanına enib.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Suriya lideri Əhməd əl-Şaraa işgüzar səhər yeməyi və ayrıca görüş çərçivəsində danışıqlar aparacaqlar.
Xatırladaq ki, bu, Əhməd əl-Şaraanın Rusiyaya ikinci səfəridir.