AZ

“Yuventus” Frank Kessie ilə maraqlanır

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda oynayan “Barselona”nın keçmiş yarımmüdafiəçisi Frank Kessie “Yuventus”a keçə bilər.

Msport.az xəbər verir ki, Turin klubu oyunçuya ildə 5 milyon avro dəyərində üç mövsümlük müqavilə təklif edib.

Ciddə klubu iki illik müqavilə uzadılmasını istəyir.

29 yaşlı Kessie 2023/2024 mövsümündən bəri Səudiyyə Ərəbistanında oynayır. Bu mövsüm Frank bütün yarışlarda 22 oyunda iştirak edib, yeddi qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 12 milyon avrodur.

Seçilən
0
2
msport.az

3Mənbələr