Azərbaycan 2-ci liqasının iddialı komandalarından "Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Xankəndi" son klubu "Şəki Siti" olan Qurban Məhərrəmovu transfer edib. 24 yaşlı qapıçı ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Əlavə edək ki, "Xankəndi" hazırda 2-ci liqanın turnir cədvəlində 39 xalla 2-cidir. Lider "Qaradağ Lökbatan"ın da eyni xalı var.