AZ

ABŞ-nin İrana birbaşa hücumu o zaman ola bilər ki... - AÇIQLAMA

“ABŞ bölgəyə donanma, qırıcı təyyarələr, havadan müdafiə sistemləri, sualtı qayıqlar və s. cəmləyir. Düzdür, bunlar ABŞ tərəfindən İrana hərbi təzyiqdir. Ancaq, düşünmürəm ki, tərəflər birbaşa hərbi əməliyyatlara başlayacaqlar”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, İrana birbaşa hücum əməliyyatı o zaman başlaya bilər ki, İran ABŞ-nin hərbi donanmasına zərbə vursun, təxribat xarakterli addımlar atsın:

“Belə olarsa, ABŞ Prezidenti heç Konqresin təsdiqini gözləmədən İrana qarşı hərbi əməliyyatların başlanması qərarını verə bilər. Hələlik İran özünü çox ehtiyatlı aparır, çalışır ki, ABŞ və İsrailə hansısa bəhanə yaratmasın”.

Müsahibimiz qeyd edib ki, amma İran rejiminin vəhşicəsinə davranışı heç zaman bağışlanmayacaq:

“Tehran hökuməti etirazlarda öldürülənlərin dəfninə belə imkan vermir.

Onminlərlə insanın qətlə yetirildiyi deyilir. Rejim daxilində bu qərara imza atanlar İran xalqı qarşısında cavab verməli olacaqlar. ABŞ üçün İrana zərbə endirmək problem deyil. Sadəcə olaraq, təkcə havadan zərbələr endirməklə məsələni həll etmək qeyri-mümkündür”.

Rasim Musabəyov: ABŞ üçün İrana zərbə endirmək problem deyil, sadəcə...

Parlament üzvü vurğulayıb ki, İranda yenidən etirazlar başlayarsa və hökumət qüvvələri etirazçıları kütləvi şəkildə qətlə yetirərsə, ABŞ İranda müəyyən mərkəzlərə zərbə endirə bilər:

“Amma bununla İranı nəzarət almaq mümkün deyil. İran Venesuela deyil və ona görə də İranla bağlı qərarların alınması bir qədər çətindir. Yəqin ki, Konqresin razılığı olmadan İrana qarşı geniş hərbi əməliyyatlar keçirilməyəcək. Əgər qarşıdakı günlərdə Tehran hökuməti Vaşinqtonun bəzi tələblərini nəzərə alarsa, nüvə proqramı ilə bağlı öhdəliklər götürərsə, gərginlik hərbi əməliyyatlar səviyyəsinə çıxmayacaq. Ümumiyyətlə, İranla müharibənin başlanması bütün qonşular üçün təhlükədir”.

Aydın Baxış

Seçilən
17
1
bakivaxti.az

2Mənbələr