AZ

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb

Yanvarın 28-də doğma yurduna yola salınan köç karvanı Horovlu kəndinə çatıb.

Pravda.az xəbər verir ki, bu mərhələdə Horovlu kəndinə 77 nəfərdən ibarət 20 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Tarix: 28 Yanvar 2026, 15:48   
Seçilən
23
1
pravda.az

2Mənbələr