Suraxanıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Aznews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, N.Məhərrəmovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Natiq Məhərrəmov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin aprelində Qaraçuxur qəsəbəsində baş verib. Qəsəbədə yerləşən Neftçilər parkında Natiq Məhərrəmov çoxsaylı bıçaq zərbələri ilə həyat yoldaşı Sevinc Məhərrəmovanı qətlə yetirib. Həmin gün cinayəti törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb.