Yazını böyüt
Yazını kiçilt
Bu gün Litvanın ölkəmizdəki səfirliyində Shane Academy-nin nümayəndələri ilə görüş olub.

Hafta.az yazır ki, bu barədə məlumat verən Litvanın ölkəmizdəki səfiri Kestutis Vaskelevicius tələbələrlə maraqlı müzakirələr aparıldığını, Litvanın təhsil imkanları, beynəlxalq siyasət və daha bir çox mövzuda suallara cavab verildiyini bildirib.

Qeyd edək ki, Shane Academy gənclərin ictimai danışıq və liderlik bacarıqlarını inkişaf etdirməsinə kömək göstərməklə mühüm işlər görür.

“Görüşün reallaşmasında əməyi olan hər kəsə təşəkkür edirəm, əməkdaşlığı davam etdirməyi, daha da çox gənci təhsil və digər tədbirlərimizdə qarşılamağı səbirsizliklə gözləyirəm”, - səfir bildirib.