Bakı. Trend:
2025-ci il üzrə funksional təsnifata uyğun olaraq müdafiə vəmilli təhlükəsizlik xərcləri 8,068 milyard manat təşkil edib.
Trend MaliyyəNazirliyinə istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə2025-ci il ərzində müdafiə və milli təhlükəsizlik xərclərinə 22,9faiz və ya 1,506 milyard manat artıb.
Bundan başqa, hesabat ilində iqtisadi fəaliyyət xərcləri 7,580milyard manat, təhsil xərcləri 4,618 milyard manat, sosial müdafiəvə sosial təminat xərcləri 4554,4 milyon manat, ümumi dövlətxidmətləri xərcləri 4456,1 milyon manat, məhkəmə hakimiyyəti,hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclər 2919,9 milyonmanat, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər 2786,8milyon manat, səhiyyə xərcləri 1275,3 milyon manat, kəndtəsərrüfatı xərcləri 1120,9 milyon manat, mədəniyyət, incəsənət,informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olandigər fəaliyyət xərcləri 527,3 milyon manat, ətraf mühitinmühafizəsi xərcləri 374,2 milyon manat, mənzil və kommunaltəsərrüfatı xərcləri 322,5 milyon manat icra olunub.
2024-cü illə müqayisədə 2025-ci il ərzində sosial müdafiə vəsosial təminat xərclərinə 9,7 faiz və ya 403,3 milyon manat, ümumidövlət xidmətləri xərclərinə 8,3 faiz və ya 341,1 milyon manat,mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclərsiyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 6,1 faiz vəya 30,3 milyon manat, təhsil xərclərinə 5,2 faiz və ya 228,2 milyonmanat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq üzrəxərclərə 3,9 faiz və ya 110,1 milyon manat, ətraf mühitinmühafizəsi xərclərinə 3,4 faiz və ya 12,3 milyon manat, kəndtəsərrüfatı xərclərinə 2,3 faiz və ya 25,1 milyon manat, mənzil vəkommunal təsərrüfatı xərclərinə 0,9 faiz və ya 3,0 milyon manat çoxvəsait yönəldilib.