Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycanın qlobal siyasətdə artan nüfuzu və möhkəmlənən mövqeyi özünü Ümumdünya Davos İqtisadi Forumunda göstərdi. Builki forumda Azərbaycan Prezidentinin İlham Əliyevin iştirakı iki mühüm hadisə ilə əlamətdar oldu. Birincisi ABŞ və Azərbaycan prezidentlərinin görüşü, ikinci isə Prezident İlham Əliyevin digər dövlət və hökumət başçıları ilə “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədini imzalaması idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Strateji Təhlil üzrə Ekspert Mərkəzinin (STEM) direktoru Orxan Yolçuyev deyib.
O bildirib ki, ABŞ Prezidenti Donald Trampın forum çərçivəsində istər “Sülh Şurasına” daxil olan, istərsə də daxil olmayan dövlət başçıları arasında təkcə Prezident İlham Əliyev ilə görüşməsi rəsmi Vaşinqtonun Azərbaycanı qlobal siyasətin subyekti kimi qəbul etməsinin göstərir.
“D.Tramp Azərbaycanın heç bir xarici dəstək olmadan 44 gün ərzində işğal altındakı torpaqlarını azad etdiyinin şahidi olub. Öz ərazisini azad edən Azərbaycan ədaləti bərpa etdikdən sonra regionda yalnız sülh və dayanıqlı inkişafın hökm sürməsinə çalışması, bunun üçün tranzit və nəqliyyat sahəsində beynəlxalq əhəmiyyət daşıyan Zəngəzur dəhlizi kimi layihələri həyata keçirməsi ABŞ Prezidenti tərəfindən yüksək qiymətləndirilib. Rəsmi Bakının təklif etdiyi layihələr Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirir, beynəlxalq ticarətin dövriyyəsini artırır, dayanıqlı inkişaf üçün böyük zəmin yaradır. Bütün bunlarla yanaşı ABŞ sərmayədarlarına biznes imkanları açır, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı artırır. İkinci məsələ isə, Azərbaycan Prezidentinin “Sülh Şurasına” dəvət alması və bu şuranın nizamnaməsini imzalamasıdır. Dünyada baş verən münaqişə və müharibələrə son qaymağa və yeni dünya nizamı yaratmağa cəhd edən D.Tramp Azərbaycan Prezidentini də yanında görmək istəyir ki, bu da İlham Əliyevin qlobal siyasi proseslərdəki rolunu və nüfuzunu artırır. ABŞ Prezidenti İlham Əliyevi müasir dünyanın qabaqcıl və bacarıqlı siyasi lider olduğunu qəbul edir və yüksək qiymətləndirir”, - deyə ekspert əlavə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.