Bakı. Trend:
Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edənqeyri-rezidentlərin vergi uçotu ilə bağlı tənzimləməaparılacaq.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisdəmüzakirə edilib.
Belə ki, bu dəyişikliklər vergi orqanında uçotda olmayanşəxslərə elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən(elektron ticarəti həyata keçirən) qeyri-rezident şəxslərin ƏDVməqsədləri üçün vergi uçotuna alınması mexanizmini təkmilləşdirirvə həmin əməliyyatlar üzrə vergi tutma məsələlərini əhatə edir.
Belə ki, yuxarıda qeyd olunan qeyri-rezidentlərin AzərbaycanRespublikasında yerləşən alıcılara təqdim etdikləri elektronxidmətlər üzrə dövriyyənin həcmi müəyyən edilmiş həddi (10 000 ABŞdollarının manat ekvivalenti) aşdığı hallarda onların vergi uçotunaalınması məcburi, həmin həddə çatmadıqda isə könüllü olacaqdır.Belə bir həddin müəyyən edilməsi bir tərəfdən az dövriyyəliqeyri-rezidentlərin inzibati yükə məruz qalmamasına şəraityaradırsa, digər tərəfdən iqtisadi cəhətdən əhəmiyyətli həcmdəxidmət göstərən qeyri-rezident təchizatçıların məcburi vergiuçotuna cəlb olunmasını təmin edir.
Elektron ticarət qaydasında təqdim edilən iş və xidmətlərin sayıvə həcmi böyük olduğundan qanunvericiliklə belə xidmətlərin əhatədairəsinə aid edilməyən istisnalar müəyyənləşdirilir. Buistisnalara məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn vəmühəndislik xidmətlərinin elektron poçt və digər interaktivünsiyyət vasitələri ilə göstərilməsi, internet üzərindən real vaxtrejimində təqdim edilən tədris və təlim xidmətləri, habelə elm,təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərinonlayn sifariş edilməsi xidmətləri aiddir. Həmin xidmətlərinmahiyyət etibarilə fərdiləşdirilmiş xarakter daşıması, real vaxtrejimində birbaşa qarşılıqlı ünsiyyət əsasında icra edilməsi vəənənəvi xidmət münasibətlərinə daha yaxın olması nəzərə alınmaqla,elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aidedilmir.
Dəyişiklik ƏDV-nin hər hesabat dövrü üçün, lakin hesabatdövründən sonrakı ayın son günündən gec olmayaraq ödənilməsininəzərdə tutur.
Məcburi qeydiyyatla bağlı qanunvericiliyin bu tələbinin 6 (altı)aydan sonra tətbiq olunacaq və vergi uçotu qanun qəbul edildikdənsonra təsdiq ediləcək qaydalara uyun olaraq sadələşdirilmişprosedur (onlayn qeydiyyat, minimal hesabat tələbləri) əsasındahəyata keçiriləcəkdir. Bu isə qeyri-rezidentlərə sistemlərini,vergi infrastrukturunu və hesabat mexanizmlərini qanununtələblərinə uyğunlaşdırmaq imkanı yaradacaqdır.
Bütövlükdə dəyişiklik dövriyyəsinin həcmi müəyyən edilmiş həddikeçən elektron ticarət sahəsində fəaliyyət göstərənqeyri-rezidentlərin vergi uçotuna alınmasına, bu sahədən ƏDV üzrədaxilolmaların artmasına və vergitutma bazasının şəffaflığınıntəmin olunmasına şərait yaradacaqdır.
Məlumat üçün bildiririk ki, vergi ödəyicisi kimi uçotda olanşəxslər ilə elektron qaydada vergi uçotuna alınan qeyri-rezidentarasında aparılan əməliyyatların vergiyə cəlb edilməsi ümumiqaydada (Məcəllənin 169.4-cü və 169.5-ci maddələrinə uyğun olaraq)həyata keçirilir. Bu halda ƏDV-nin hesablanması və ödənişi iləbağlı öhdəlik vergi ödəyicisinin üzərinə düşür.