AZ

Rusiya ordusu Xarkov vilayətində sərhədi yarmağa cəhd edir

Ukraynanın Dövlət Sərhəd Xidməti (DSX) Xarkov vilayəti ilə sərhəddə düşmən fəallığının artdığını bildirib.

Bizim.Media xəbər verir ki, qurumun sözçüsü Andriy Demçenko deyib ki, son iki həftədə ən aktiv istiqamət Dıxtyarne yaşayış məntəqəsi ətrafıdır.
 

Onun sözlərinə görə, düşmən Nesterne və Kruqloye kəndləri istiqamətində də irəliləməyə cəhd göstərsə də, Ukrayna qüvvələri hücumların qarşısını alır. Həmçinin Volçansk yaxınlığında düşmənin kiçik piyada qruplarla hücumlar etdiyi, lakin ağır itkilər verdiyi qeyd olunub.


Ukrayna tərəfi bildirir ki, sərhəd xətti faktiki olaraq döyüş xətti kimi qiymətləndirilir və düşmənin yeni ərazilərə daxil olmaq cəhdləri davam edir.

Bizim.Media

Seçilən
22
bizim.media

1Mənbələr