"Mançester Siti"nin hücumçusu Omar Marmuş gələcəyi ilə bağlı qərarını verib.
Fanat.Az-ın "Transfer News Live" portalına istinadən məlumatına görə, 26 yaşlı misirli İngiltərə nəhəngindən ayrılmaq istəyir.
Sözügedən futbolçu Antuan Semenyonun heyətə qatılmasından sonra az oynayacağının fərqindədir. Ön xətt oyunçusu ilə "Aston Villa" və "Tottenhem" maraqlanır.
Qeyd edək ki, "Mançester Siti" Marmuşu ötən ilin əvvəlində 75 milyon avro qarşılığında "Ayntraxt"dan (Frankfurt) alıb. Cari mövsüm 17 matça çıxan forvard 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat