Maya Sandu Gürcüstanla bağlı bəyanatını digərlərinin göstərişi əsasında səsləndirib. Onun gürcü xalqı ilə bu cür tonda danışması üçün hansısa mənəvi, siyasi və ideoloji üstünlüyü yoxdur.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasın deyib.
O, Moldova Prezidentinin ötən ilin oktyabrın 4-də Gürcüstanda hakimiyyətin devrilməsi prosesini dəstəklədiyini xatırladıb.
“Bu insan öz dövlətinin ləğvini və böyük dövlətə birləşdirilməsini dəstəkləyir. Biz həqiqətən də müxtəlif dəyərlər orbitlərindəyik və bu məsələdə Moldova ilə rəqabət apara bilmərik”, - spiker əlavə edib.
Xatırladaq ki, Maya Sandu ötən gün Avropa Şurası Parlament Assmbleyasında çıxışında Rusiyanın müharibə qorxusunu alət kimi istifadə edərək Gürcüstanı öz orbitinə qaytardığını deyib.