AZ

Azərbaycanda AÖS vasitəsilə həyata keçirilmiş əməliyyatların həcmi artıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda Ani Ödənişlər Sistemi vasitəsiləhəyata keçirilmiş əməliyyatların həcmi 368,8 milyon manat, miqdarıisə 1,5 milyon ədəd olub.

Trend bu barədəAzərbaycanın Mərkəzi Bankına (AMB) istinadən məlumat verir.

2024-cü illə müqayisədə AÖS vasitəsilə aparılmış əməliyyatlarınhəcmi 258,9 milyon manat və ya 3,4 dəfə, miqdarı isə 1,384 milyonədəd və ya 15 dəfə artıb.

2024-cü ildə AÖS vasitəsilə həyata keçirilmiş əməliyyatlarınhəcmi 109,9 milyon manat təşkil edib, sayı isə 99 min ədədolub.

Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycandafəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrininsayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.

Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım8% və ya 2,026 nəfər olub.

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyətgöstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkiledib.

Məlumata əsasən, hesabat dövründə bankların məcmu öhdəlikləri49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manatolub.

Məqalədə:
Seçilən
49
12
az.trend.az

10Mənbələr