AZ

Dağıstanda atışma olub, iki silahlı öldürülüb

Dağıstanın Qarabudaqkənt rayonunda iki naməlum şəxs təhlükəsizlik qüvvələrinə atəş açıb.

APA-nın Rusiya bürosunun yerli KİV-ə istinadən verdiyi xəbərə görə, Rusiya Hərbi Milli Polisindən olan mənbə bildirib ki, hücum edənlər atışma zamanı zərərsizləşdirilib.

Hadisə yerində iki tapança, bir "Kalaşnikov" avtomatı və bir partlayıcı qurğu tapılıb.

Mənbə əlavə edib ki, şəxsi heyət arasında itki olmayıb.

Seçilən
32
3
apa.az

5Mənbələr