AZ

“Napoli” braziliyalı hücumçu ilə anlaşdı

“Napoli” heyətinə yeni futbolçu qatmağa  hazırlaşır.

Msport.az xəbər verir ki, A seriyası təmsilçisi “Sportinq”in braziliyalı hücumçusu Alisson Santosla razılaşıb.

23 yaşlı futbolçu ötən yay 2,1 milyon avroya “Vitoriya”dan Portuqaliya klubuna keçib və mövsümün ilk hissəsində 29 matçda (676 dəqiqə) 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Qeyd olunub ki, Alissonun “Napoli” ilə müqaviləsu 2031-ci ilin yayına qədər olacaq.

Seçilən
8
4
msport.az

7Mənbələr